Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Date: 14 October 2016 16:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman CəfərovMurad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən Loğman Cəfərov 4 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Murad Quliyev isə 2 il sınaq müddəti olaraq 4 il müddətinə şərti azadlıqdan məhrum edilib.
 
O, məhkəmə zalından azadlığa buraxılıb.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərin etimadını qazanaraq 9 min manatlıq dələduzluq ediblər, zərərçəkənlərin şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onlara Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə istintaqı dövründə dəymiş ziyan ödənilib.

Milli.Az


Tags:  Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

RƏYLƏR


Top news