Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xərçəng diaqnozu qoyulan rejissor: "Analizin nəticələri pis olsa…"

Xərçəng diaqnozu qoyulan rejissor: "Analizin nəticələri pis olsa…"

Ailə daxilində hamıda olan böyrək xəstəliyi (11 Mart 2017 22:42)
O, ilan və əqrəb yeyərək sağaldı (01 Mart 2017 10:50)
10 ildə "xərçəng"dən 7 dəfə əməliyyat olundu - Həkim gerçəyi söyləyincə... (14 Fevral 2017 12:33)

Tarix: 14 Oktyabr 2016 16:57

Bakıda yerləşən qanköçürmə xəstəxanasında xərçəng diaqnozu ilə müalicə olunan tanınmış rejissor Şahin Zəkizadənin müalicəsinin birinci mərhələsi başa çatır.

Mili.Az bildirir ki, bu barədə açıqlamasında publika.az-a rejissor özü deyib: "Özümü nisbətən yaxşı hiss edirəm. Artıq müalicəmin birinci mərhələsi başa çatır. Bir-iki günə analizlər götürüləcək, nəticədən çox şey asılıdır. Əgər ilkin mərhələdə müalicə effektini versə, müalicəm Bakıda davam edəcək. Yox əgər nəticələr pis olsa, yəqin ki, müalicəmin xaricdə davam etdirilməsi üçün göstəriş veriləcək. Taleyim analizlərin cavabından asılıdır".

Rejissor ziyarətinə gələn insanlardan da danışıb: "Bəhram Bağırzadə, Qənirə Paşayeva, hacı Nuran, Lalə Məmmədova və başqa dostlar yanıma gəlir, sağ olsunlar. Gəlməyənlər də var. Onlar barədə danışmaq istəmirəm".

Milli.Az


Teqlər:  Xərçəng diaqnozu qoyulan rejissor Analizin nəticələri pis olsa



RƏYLƏR


Top xəbərlər