Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevgilisi olan 15 yaşlı qızı şantaj etdi - 18 il həbs gözləyir 18 il həbs gözləyir

Sevgilisi olan 15 yaşlı qızı şantaj etdi - 18 il həbs gözləyir 18 il həbs gözləyir

Date: 14 October 2016 16:57

Türkiyədə baş verən cinayət eşidənləri təəccübləndirib.

Milli.Az milliyet-ə istinadən bildirir ki, Ərzurumun Aşkale qəsəbəsində yaşayan xalasıgilə qonaq gedən 15 yaşlı İ.A. qonşuluqda sevdiyi 20 yaşlı O.Ö. ilə sevişməklə başına bəla açıb.

Anası evə qayıdan qızının boğaz nahiyəsinin göyərdiyini görüb. İ.A. anasına O.Ö ilə sevgili olduğunu, onun boynundan öpüb, yazdığı mesajları ailəsinə göstərəcəyi ilə şantaj edərək oğlanın ondan çılpaq fotolarını istədiyini valideyininə bildirib.

Anası dərhal olayla bağlı polisə müraciət edib. 

Şikayət əsnasında nəzarətə götürülən O. Ö, 14 iyul tarixində məhkəmənin çıxardığı qərar ilə həbs olunub. Həbsxanada təxminən bir ay qaldıqdan sonra azadlığa çıxan O.Ö haqqında yenidən Ərzurum 1-ci Ağır Cəza Məhkəməsində iddia açılıb.

Hazırlanan iddianamədə O.Ö.-nün "uşağın cinsi istismarı" cinayətinə görə 8 ildən 15 ilə, "şantaj"a görə isə 1 ildən 3 ilə qədər həbs cəzası kəsilməsi istənilib.

Təhməz Təkin
Milli.Az


Tags:  Sevgilisi olan 15 yaşlı qızı şantaj etdi 18 il həbs gözləyir 18 il həbs gözləyir

RƏYLƏR


Top news