“AzVirt” Bosniyada istilik elektrik stansiyası inşa edə bilər

“AzVirt” Bosniyada istilik elektrik stansiyası inşa edə bilər
17:07 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Azvirt” və Çinin “China Power” şirkətlərinin yaratdığı konsorsium Bosniya və Herseqovinada nəqliyyat layihələri ilə yanaşı enerji layihələrində də iştirak etmək niyyətindədir. Bunu “Report”a açıqlamasında Azərbaycanın Bosniya və Herseqovinadakı müvəqqəti işlər vəkili İsmayıl Cəfərov deyib.
Liplomatın sözlərinə görə, ilin sonuna qədər enerji layihəsi ilə bağlı tenderin elan edilməsi gözlənilir: “Həm nəqliyyat və rabitə naziri, həm də energetika naziri ilə görüşmüşük. Konsorsium bir sıra energetika layihələri var ki, onda da iştirak edəcək”.
İ.Cəfərov “AzVirt”in reallaşdırmaq istədiyi energetika layihəsi haqqında da məlumat verib: “Burada 3 energetika layihəsi var və onlardan biri ilə baölı ilin sonuna qədər tender keçiriləcək. Bu layihələr Kakan (Kakanj) şəhərindəki İstilik Elektrik Stansiyasının (İES) 8-ci blokunun tikintisi, istilik distilyasiyası, Kakandan Sarayevoya istilik sistemi xəttinin çəkilməsini nəzərdə tutur. Bu layihələrdən yalnız birincisi ilə bağlı ilin sonuna qədər tender elan olunacaq. Digər iki layihənin isə hazırda texniki xarakteristikası hazırlanır. Bu ilin sonu və ya gələn ilin əvvəlində onlar da tenderə çıxarıla bilər”.
Qeyd edək ki, Azərbaycanın “Azvirt” və "China Power” şirkətlərinin yaratdığı konsorsium Bosniya və Herseqovinada “Corridor 5C” adlanan avtomagistralın çəkilməsi üçün keçiriləcək tenderlərdə iştirak etmək niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azvirt-bosniyada-istilik-elektrik-stansiyasi-insa-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR