Bu ilin 9 ayında narkotik satışı ilə bağlı 2628 fakt aşkarlanıb

Bu ilin 9 ayında narkotik satışı ilə bağlı 2628 fakt aşkarlanıb
17:09 14 Oktyabr 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

 

 

2016-cı ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilib.

 

Lent.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

 

Bildirlir ki, onlardan 667-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1687-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ü isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 962 kq 680,957 qr müxtəlif növ narkotik vasitələr və o cümlədən 21482 ədəd çətənə kolu müsadirə olunub

 

Hesabatda qeyd olunub ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kq 047,989 qr marixuana (27,5%), 185 kq 605,73 qr tiryək (9,5%), 1 ton 172 kq 489,814 qr heroin (60%), 30 kq 112,649 qr həşiş (1,5%), 34 kq 863,637 qr digərləri (1,5%) və 561,138 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil edib.

 

Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 146 ton 179 kq 920,75 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR