Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nizami Kino Mərkəzi uşaqlara pulsuz film nümayişi keçirib - FOTO

Nizami Kino Mərkəzi uşaqlara pulsuz film nümayişi keçirib - FOTO

Date: 14 October 2016 17:12

Oktyabrın 14-də Nizami Kino Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimayi Birliyinin himayəsində olan uşaqlar üçün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Dərs" filminin nümayişini keçirib.

Milli.Az bildirir ki, rejissor Rafiq Əliyev və Cavid Təvəkkülün çəkdiyi ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Nümayişdən sonra ictimayi birliyin hüquqşünası Nuriyyə Abbasova, valideynlər və uşaqlar kinomərkəzin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini bildirib və filmi bəyəndiklərini söyləyiblər.

Milli.Az










Tags:  Nizami Kino Mərkəzi uşaqlara pulsuz film nümayişi keçirib FOTO


RƏYLƏR


Top news