Müəllimənin döydüyü 82 yaşlı qadının ailəsindən TƏLƏB

Müəllimənin döydüyü 82 yaşlı qadının ailəsindən TƏLƏB
17:17 14 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda 82 yaşlı qadının Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbinin tarix müəllimi Dusiya Məmmədova tərəfindən döyülməsi ətrafında qalmaqal böyüyür.

Milli.Az bildirir ki, publika.az xəbər yayılandan sonra rayon təhsil şöbəsi və məktəblə əlaqə saxlamağa çalışıb. Ötən gün təhsil şöbəsi və məktəbdən verilmiş açıqlamada hadisənin mətbuatda yazılan kimi olmadığını dedilər.
 
Bu xəbərdən sonra döyülən qadının yaxınları saytımızla əlaqə saxlayıb, məktəb və təhsil şöbəsinin hadisə ilə bağlı doğru məlumat vermədiklərini bildirib. Yaşlı qadının Aydan adlı nəvəsi deyir ki, hadisə barədə onlara qonşular zəng edib məlumat verib.

"Biz Bakıda yaşayırıq, hadisə barədə bizə qonşuluqdakı bir oğlan zəng edib danışdı. O, yolla gedərkən təsadüfən hadisənin şahidi olub. Nənəm zibili küçəyə qoyanda Dusiya Məmmədova zibili təpiklə dağıdıb. Nənəm də deyib ki, niyə edirsən. Əyilib ki, zibili yığsın, o da zibili nənəmin başına töküb. Nənəm də onu vurmaq istəyəndə nənəmin saçından tutub yerə yıxıb, şillələyib.
Dusiya Məmmədova evə gedəndən sonra üzünü cırıb. Sonra da çölə çıxıb hamıya deyib ki, guya mənim nənəm onun üzü cırıb. Qonşulara deyib ki, "mən onu döyə bilməzdimmi? Elə döyərdim, hətta qatlayıb ayağımın altına alardım. Sadəcə, belimdə uşaq var idi, qorxdum yıxılar". Təsəvür edin ki, belində uşaq olmasa, nənəmi parçalayarmış yəqin. Halbuki, nənəmin boyu 150 sm-dir, arıq, çəlimsiz qadındır. Dusiya isə hündürboy qadındır, nənəmin onun üzünü cırmağa heç halı olub ki?

Hadisədən sonra Dusiya Məmmədovanın çalışdığı Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin direktoru Çəməngül İsmayılova ilə danışdıq. Direktor məsələdən xəbərdar olanda dedi ki, Dusiya müəllimə qələt edib qoca arvada əl qaldırıb, deyərəm gedib indi üzr istəyər. Direktor müəllimədən nənəmdən üzr istəməsi ilə bağlı iki dəfə xahiş edib. Lakin müəllimə direktorun da xahişini yerə salıb. D.Məmmədovanın həyat yoldaşı Vaqif Piravdiyev isə deyir ki, "haqq edib döyüb"".
Aydanın sözlərinə görə, saytda xəbərdən sonra Qazax Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıblar:
"Şöbədən özünü katibə kimi təqdim edən qadın bildiridi ki, ola bilər Dusiya xanım qadını döymədiyi barədə yalandan deyib. Bizdə hadisənin videosu var. Müəyyən səbəblər üzündən o videonu üzə çıxarmırıq. Polisə də həmin ailə ilə illərdir qonşu olmağımız səbəbindən müraciət etməmişik. Sadəcə, müəllimədən nənəmdən üzr istəməsini tələb edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR