Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını yandırır

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını yandırır
17:29 14 Oktyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunur. 

 

Qeyd edək ki, Erməni silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın uzun dərə adlanan ərazisində hərbi təlimlər keçirib. Günorta saatlarında isə canlı qüvvənin hərəkəti müşahidə olunub. Eyni zamanda ermənilərə məxsus hərbi texnikanınXocavənd rayonu istiqamətində də hərəkəti müşahidə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR