Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədəbiyat: dünən, bu gün, sabah

Ədəbiyat: dünən, bu gün, sabah

Date: 14 October 2016 17:39

Orxan Fikrətoğlu – yazıçı, əməkdar incəsənət xadimi
 
Bügünkü “Manşet”də “Ədəbiyyat: dünən, bu gün, sabah ” mövzusu ilə bağlı yazıçı, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
- Nobel komitəsinin siyasiləşdiyi artıq heç kim üçün sirr deyil. Mükafatı bu gün Bob Dilan aldı. Bəs əvvəllər kim almışdı? Xatırlayın, Pamuk, Pasternak, Soljenitsın… Məncə hər şey aydındı. Nobel komitəsi birinci gündən siyasiləşmiş bir təşkilatdır.
 
- Ədəbiyyat heç vaxt ölməyəcək, çünki ədəbiyyat metafizik prosesdir və ölmür, sadəcə ədəbiyyata münasibətdə biz ölə bilərik. Azərbaycanda ədəbiyyata yadfikirli insanların gəlməsi, sosial şəbəkə əxlaqında yazması ədəbiyyatımızı bir az boyat göstərir, ancaq bu ədəbiyyat var. Ədəbiyyat tariximizə qayıtmağın vaxtıdır ki, ədəbiyyat dəyərləri də qayıtsın.
 
- Bizdə “Ölü mətn” romanını anlayanların az olduğunu düşünürəm. Bu roman kütlə üçün deyil. Azərbaycanda bir çox ziyalılar bu romanı anlayır və qiymətləndirir. Mətbuatda artıq bu romanla bağlı ilkin rəylər yazılıb. Romanda epoxal yanaşma olmalıdır, roman böyük epoxanı və taleləri açmalıdır.  
 
- 1983-cü ildən işıqcı kimi kinoya gəlmişəm və hesab edirəm, kinonu pis, yaxşı bilirəm. Məsələn, bizim təbiətimiz təbii pavilyondur. Böyük şirkətlərlə müqavilə bağlayıb buraya onları filmlər çəkməyə dəvət edə bilərik. Ancaq şərtimiz də olmalıdır ki, çəkiliş qrupunun 70 faizi bizdən olacaq. Bu bizə təcrübə qazandıracaq.
 
- Facebookda düşüncəsiz bir kütlə formalaşır, burada kütləvi çaşma var. Mənim adımdan istifadə olunmağı da məni narahat edir. Mənim adımı, imicimi, şəklimi oğurlayıb, başqalarının sözünü mənim sözüm kimi  təqdim etmək nə dərəcədə  azadlıqdır?  Azadlıq, demokratiya - başqasının azadlıq  ərazisinə  girməməkdir. Bunlar mənim azadlıq ərazimə giriblər və bu mənə çox  toxunur.
 
- Məni Allah yaradıb, Allah da aparacaq. Allah sənə lazım olanda görünür, siz onu düşünmürsünüzsə, heç vaxt görməyəcəksiniz.

Tags:  Ədəbiyat dünən bu gün sabah


RƏYLƏR


Top news