İlham Əliyev: "Pakistana çox minnətdarıq ki, torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı tanımadı"

İlham Əliyev: "Pakistana çox minnətdarıq ki, torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı tanımadı"
17:42 14 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Bakıda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şəriflə birgə mətbuata bəyanatla çıxışında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Hörmətli Cənab Baş nazir. Hörmətli qonaqlar. Xanımlar və cənablar. Cənab Baş nazir, ilk növbədə, mən bir daha Sizi ölkəmizdə salamlamaq istərdim. Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və bu gün ölkəmizdə səfərdəsiniz. İlin əvvəlində Davosda keçirdiyimiz görüş zamanı razılaşdığımız kimi, bu gün biz görüşürük və qarşılıqlı maraqlarımıza, dostluğa, tarixə, tərəfdaşlığa və xalqlarımız arasındakı qardaşlığa əsaslanan əməkdaşlığı davam etdiririk".

Dövlət başçısı qeyd edib ki, Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir:

"Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq. Biz beynəlxalq təşkilatlarda - BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik. Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir. Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik".

İlham Əliyev bildirib ki, siyasi təmaslar çox yüksək səviyyədədir: "Qeyd etdiyim kimi, biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Bu gün biz, əlbəttə ki, cənab Baş nazirlə bu məsələlərə nəzər saldıq və gələcəkdə nə etməli olduğumuz barədə söhbət apardıq. Sözsüz ki, siyasi təmaslarımız uğurla davam edəcək. Lakin biz iqtisadi sahədə, investisiya və qarşılıqlı faydalı birgə müəssisələrin yaradılması sahəsində daha çox işləməliyik. Biz iqtisadi sahədə ticarət mübadiləsinin səviyyəsindən razı deyilik. Ona görə də bu gün biz ticarət mübadiləsini necə artıra biləcəyimizi müzakirə etdik. Biz Pakistana nə ixrac edə bilərik, Pakistan Azərbaycana nə ixrac edə bilər kimi məsələlər qarşıdakı aylarda həll olunacaq. Düşünürəm, elə bir əməkdaşlıq mexanizmi yarada bilərik ki, bizim idxal etdiyimiz və Pakistanın təchiz edə biləcəyini Pakistandan alaq və əksinə, Pakistanın idxal etdiyi və bizim təchiz edə biləcəyimiz bizdən alınsın.

Bu gün biz, həmçinin Azərbaycanda xüsusilə də əczaçılıq sənayesi sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Pakistan bu sahədə çox inkişaf etmiş ölkədir. Biz Azərbaycanda bu sənaye sahəsini inkişaf etdirmək istəyirik, çünki əsasən idxaldan asılıyıq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Şüvəlan" qələbə qazandı

19 Avqust 2017 15:27

Alman siyasətçi: “Rusiya heç vaxt bunu etməyəcək”

19 Avqust 2017 15:23

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

19 Avqust 2017 15:22

Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi

19 Avqust 2017 15:19

İnsan başlı, heyvan bədənli məxluq

19 Avqust 2017 15:19

Tiflis “Dinamo”su Qəbələdə

19 Avqust 2017 15:17

Xarici dil öyrənmək istəyənlərə 10 QIZIL TÖVSİYƏ

19 Avqust 2017 15:13

Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

19 Avqust 2017 15:12

ABŞ-da silahlı insident

19 Avqust 2017 15:11

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

19 Avqust 2017 14:47

Ad gününə bir gün qalmış öldü

19 Avqust 2017 14:42

Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO

19 Avqust 2017 14:38

Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb

19 Avqust 2017 14:37

Prezident "Azərsu"ya 11,8 milyon manat ayırdı - Sərəncam

19 Avqust 2017 14:34

Rusiyada bıçaqlı hücum

19 Avqust 2017 14:34

Təbii daşlar haqda bilmədiklərimiz

19 Avqust 2017 14:30

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - VERSAL SARAYININ dəhşətləri

19 Avqust 2017 14:28

Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

19 Avqust 2017 14:27

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

19 Avqust 2017 14:22

Salyana 11.8 milyon manat vəsait ayrıldı

19 Avqust 2017 14:20

Bakıda 350 sürücü cərimələndi - REYD

19 Avqust 2017 14:19

Milli Məclisin deputatı: "Atamın heykəli sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb"

19 Avqust 2017 14:17

Səs gücləndiriciyə 500 voltluq elektrik verilərsə, nə baş verər?

19 Avqust 2017 14:13

DYP paytaxtda reyd keçirib, 350-dən artıq sürücü cərimələnib

19 Avqust 2017 14:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

19 Avqust 2017 14:02

Binəqədidə minik avtomobili yanıb

19 Avqust 2017 14:01

Bermud üçbucağının sirri

19 Avqust 2017 13:49

Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO

19 Avqust 2017 13:48

"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

19 Avqust 2017 13:47

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

19 Avqust 2017 13:42

"Kopenhagen”dən Azərbaycana qadağa

19 Avqust 2017 13:37

Xırdalanda orta məktəb qarət olundu

19 Avqust 2017 13:37

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22

Konsertlərindən sərvət qazanan məşhur müğənni dilənçiyə elə sifət göstəridi ki... - FOTO

19 Avqust 2017 13:18

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

19 Avqust 2017 13:02