"Qarabağ" - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb

"Qarabağ" - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb
18:02 14 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək. 
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN
13 və 16 nömrəli sektorlar - 10 AZN
14 və 15 nömrəli sektorlar - 20 AZN
VİP - 50 AZN
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-paok-matcinin-biletlerinin-satisa-cixacagi-tarix-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR