Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda narkoman qadınların sayı açıqlandı

Azərbaycanda narkoman qadınların sayı açıqlandı

Date: 14 October 2016 18:08

Ötən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 28.555 nəfər qeydiyyatda olub. Onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri proflaktik qeydiyyatdakılardır.

Publika.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun açıqladığı hesabatında bildirilib.

Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülüb, 2.118 nəfər isə qeydiyyatdan çıxarılıb.

Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20056 nəfər keçib. Onlardan 715 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 358 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin, car ilin 9 ayı ərzində 2083 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib. Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzdə, 52 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.


Tags:  Azərbaycanda narkoman qadınların sayı açıqlandı

RƏYLƏR


Top news