Bakıda uşaqlar üçün pulsuz film - foto

Bakıda uşaqlar üçün pulsuz film - foto
18:16 14 Oktyabr 2016
49 Şou
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimayi Birliyin himayəsində olan uşaqlara pulsuz film nümayişi keçirib.

Axşam.az-a daxil olan məlumata görə, Nizami Kino Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimayi Birliyinin himayəsində olan uşaqlar üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş “Dərs ” filminin nümayişini keçirib.

Rejissor Rafiq Əliyev və Cavid Təvəkkülün çəkdiyi ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.
Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Nümayişdən sonra İctimayi birliyin hüquqşünası Nuriyyə Abbasova, valideynlər və uşaqlar kinomərkəzin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini bildirib və filmi bəyəndiklərini söyləyiblər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR