Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lavrov İrəvanda Ermənistana şərt qoydu: Qarabağın həlli...

Lavrov İrəvanda Ermənistana şərt qoydu: Qarabağın həlli...

Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bir çox aspekt üzrə hər iki tərəfin razılığı var" (06 Mart 2017 16:52)

Tarix: 14 Oktyabr 2016 18:18

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında pozitiv rol oynaya bilər.

“Əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması münaqişənin nizama salınmasından keçir”, - deyə o bildirib.

Lavrov qeyd edib ki, Ermənistanın blokadan çıxarılması, regionda qarşılıqlı əməkdaşlığın qurulmasnda Türkiyə əhəmiyyətli rol oynaya bilər.

Asif


Teqlər:  Lavrov İrəvanda Ermənistana şərt qoydu Qarabağın həlli



RƏYLƏR


Top xəbərlər