Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Heç bir kişi məni sevmir..." - FOTO

"Heç bir kişi məni sevmir..." - FOTO

Date: 14 October 2016 18:22

Şəxsi həyatım bomboşdur. Əlini qazana vuranda necə səs çıxarır? Dınq-dınq... Baxın belə bir boşluq var. Həyatımda sevgi yoxdur, heç bir kişi məni sevmir.

Milli.Az bildirir kİ, bu sözləri qafqazinfo-ya açıqlamasında xalq artisti Aygün Kazımova deyib:

Müğənni qeyd edib ki, artıq həyatı ilə barışıb:

"Həyatı boş olan və sevgi mahnıları oxuyan qadınlar artistdirlər. Onlar rola girirlər. Mən həyatda yox, səhnədə artist oluram. Həyatda belə bacarığım, qabiliyyətim yoxdur. Bu səbəbdən problemlərlə üzləşirəm. Bu da normal şeydir, həyatımla barışmışam. Hərdən insanlar düzü qəbul etmək istəmirlər. Elə düzgünlük də mənə pis təsir edə bilər. Bu səbəbdən onları anlaya bilirəm".

A.Kazımova həmkarı Natavan Həbibi ilə barışığından söz açıb:

"Mən sülh tərəfdarıyam. İndi hər şey ola bilər. Biz yeni bir layihə də edə bilərik. Niyə olmasın ki? O da, mən də sənətçiyəm. Ələlxüsus da Natavan ağıllanıb, cici qız olub".

Xalq artisti açıqlamasında qənaətcil olmadığını söyləyib:

"Mən yetim şoppinqə çıxa bilirəm ki? Diqqət mənim üzərimdə olur. Ancaq bir neçə yerlər var ki, oradan geyim alıram. Geyimlərə çox pul xərcləyirəm. Mən düzəlməyəcəm, belə də davam edəcəm. Özüm guya qənaətcil olmaq istədim, amma alınmadı".

Milli.Az






Tags:  Heç kişi məni sevmir FOTO

RƏYLƏR


Top news