Qarğalar bu qıza hədiyyə gətirir – FOTOLAR

Qarğalar bu qıza hədiyyə gətirir – FOTOLAR
18:23 14 Oktyabr 2016
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da yaşayan 10 yaşlı Gabi Mannın qarğalarla dostluğu hər kəsi təəccübləndirir.

Publika.az “heartsofpets.com”a istinadən xəbər verir ki, bu hadisə Gabinin 4 yaşından etibarən evlərinin yanındakı qarğaları yemləməsindən sonra başlayıb.

O, hər gün quşlara yemləyib. Gabi 8 yaşı tamam olanda çöl quşları ilə elə dostlaşıb ki, qarğalar hətta uşaqla məktəbə qədər gedirmiş.

Qızın 10 yaşı olduqda onun quşlarla dostluğu bir qədər də dərinləşib. Hətta o səviyyədə ki, qarğalar da uşağa hədiyyələr gətirməyə başlayıblar. Belə ki, heyvanlar çöldə tapdıqları müxtəlif əşyaları uşağa hədiyyə ediblər.

Hədiyyələr arasında düymələr, gümüş toplar və s. əşyalar var. Gabi hədiyyələri polietilen paketlərə toplayır. Qız deyir ki, qarğaların gətirdiyi hədiyyələri çox sevir.

Anar Tağıyev






Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR