Ermənilər Qarabağı yandırır

Ermənilər Qarabağı yandırır
18:32 14 Oktyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədiblər.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunur.

Qeyd edək ki, erməni silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın "Uzun dərə" adlanan ərazisində hərbi təlimlər keçirib. Günorta saatlarında isə canlı qüvvənin hərəkəti müşahidə olunub. Eyni zamanda ermənilərə məxsus hərbi texnikanın Xocavənd rayonu istiqamətində də hərəkəti müşahidə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/479463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR