Qənirə Paşayeva AŞPA-da ermənilərin yalanını ifşa etdi - FOTO

Qənirə Paşayeva AŞPA-da ermənilərin yalanını ifşa etdi - FOTO
18:32 14 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva AŞPA-da "Azad müzakirələr" zamanı Azərbaycan əleyhinə yalanlarla dolu çıxışlar edən Ermənistan heyətinə sərt cavab verib və bütün yalanları ifşa edib.

Milli.Az xəbər verir ki, millət vəkili erməni deputatların çıxışlarının təşkilatın qətnamələrinə zidd olduğunu diqqətə çatdırıb: "İlk öncə, Ermənistan millət vəkilləri bir neçə dəfə burada Dağlıq Qarabağ Respublikası dedilər. Bu ifadə AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada Dağlıq Qarabağ Respublikası deyilən bir yer yoxdur. Ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. AŞPA qətnamələrində də məhz bu cür öz əksini tapır. Ermənistan millət vəkilləri oxumağı bilirsə, getsin oxusunlar o sənədləri və burada yalan danışmasınlar. Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın torpaq bütünlüyünü tanıyır. Eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalda saxlaması BMT, AŞPA qətnamələrində də öz əksini tapır".

Millət vəkili deyib ki, AŞPA, sadəcə, ciddi problemlərlə bağlı qərarlar qəbul etməməlidir, həm də qəbul etdiyi qərarların həyata keçməsi üçün ciddi nəzarət etməli, qərarları yerinə yetirməyənlərə qarşı ciddi addımlar atılmalıdır: "Avropa Şurasına üzv olan bir ölkə digər bir üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz. Ukrayna ilə bağlı müzakirələr zamanı da AŞPA bu barədə birmənalı mövqeyini ortaya qoydu. O zaman mən Assambleyadan, sizdən soruşmaq istəyirəm. Nə üçün Azərbaycanın 20 faiz torpaqlarını 25 ilə yaxındır ki işğal altında saxlayan işğalçı Ermənistana qarşı ciddi addımlara əl atılmır? Nə üçün təşkilatımız AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyən işğalçı Ermənistana qarşı sərt addımlara əl atmır? Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir, 1 milyon insanın 25 ilə yaxındır ki haqlarını tapdalamaqda davam edir. O insanlar sizdən soruşurlar ki nə üçün onların haqlarını pozan Ermənistana qarşı AŞPA heç bir ciddi addımlar atmır"?

Q..Paşayevanın sözlərinə görə, AŞPA-nın qəbul etdiyi 1416 saylıqətnamənin qəbulundan 10 ildən çox vaxt keçir, amma Ermənistan onu yerinə yetirmir: "Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulundan aylarla zaman keçir. Amma Ermənistan onu da yerinə yetirmir. Avropa məhkəməsi azərbaycanlı köçkünlərlə bağlı "Çıraqov və başqaları Ermənistana qarşı" adlı qəraq qəbul edir. Ermənistan onu da yerinə yetirmədən imtina edir və AŞPA işğalçı ölkənin törətdiyi bu dəhşətli əməlləri ddurdurmaq üçün ciddi addımlara əl atmırlar. Biz Assambleyamızı işğalçı Ermənistanın əməllərinə artıq ciddi cavab verməyə, sərt addımlar atmağa çağırırıq. Ermənistan təkilatımız və baş katib Yaqlandın bütün çağırışlarına baxmayaraq hələ də azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir, onlara qarşı saxta məhkəmələr, işgəncələr davam edir. Assambleyamız Ermənistanın insan haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi addımlar atmalıdır. Biz AŞPA -nı işğalçı Ermənistana ciddi təzyirlər göstərməyə çağırırıq".

Q.Paşayeva çıxışında Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyanın Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov və AŞPA sədri Aqramunda qarşı sayğısızlığını kəskin qınayaraq AŞPA-nı Ermənistan heyətinin bu əməllərini qınamağa çağırıb.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR

20 İyul 2017 16:23

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 16:23

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi davam etdirilib

20 İyul 2017 16:22

Azərbaycanda nə qədər pensiyaçı var? - AÇIQLANDI

20 İyul 2017 16:19

“28 Mall”da ermənipərəst turist qalmaqal yaratdı - FOTO

20 İyul 2017 16:18

Oğuz və ətraf rayonlardan olan sahibkarlara 515 min manat güzəştli kredit verilib

20 İyul 2017 16:17

Fəhlələr krandan yıxıldılar: 2 ölü, 4 yaralı - Türkiyədə

20 İyul 2017 16:17

Çilli xanımlara

20 İyul 2017 16:17

"Seçim niyyətin özü kimi şəffaf olmalı idi"

20 İyul 2017 16:15

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

20 İyul 2017 16:13

"Embalo Azərbaycana getməkdə həvəsli deyil"

20 İyul 2017 16:12

Azərbaycan gömrükçüləri şirniyyatın içində gizlədilmiş narkotik vasitə və psixotrop maddə aşkar edib

20 İyul 2017 16:12

Anar Nağılbaz Dado ilə Natavanın toyunda - FOTlar

20 İyul 2017 16:12

"Milan"ın futbolçusu "Yuventus"da - RƏSMİ

20 İyul 2017 16:07

"Qarabağ"dan bir ilk: Biletlərin üzərində loqo olmayacaq

20 İyul 2017 16:07

Nazim xanımı və qızı ilə - FOTOlar

20 İyul 2017 16:05

ABŞ-da erməni haker 5 il azadlıqdan məhrum edildi

20 İyul 2017 16:05

Rusiya raket kompleksi bazarını ələ keçirir

20 İyul 2017 16:03

"Ailəmi bir yerə toplayıb, çılpaq gəzəcəm"

20 İyul 2017 16:03

“Standard Insurance”in nizamnamə kapitalının artırılmasına qərar verilib

20 İyul 2017 16:02

"Qarabağ" klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb

20 İyul 2017 16:02

SORĞU: Ərəb turistlərin çoxluğu sizi narahat edir?

20 İyul 2017 16:02

ECB faizləri dəyişməyib

20 İyul 2017 15:57

İqlimşünas: “Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”

20 İyul 2017 15:57

"28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər - FOTO

20 İyul 2017 15:57

Ölkəmiz gerilədi, amma... - ƏMSALLAR CƏDVƏLİ

20 İyul 2017 15:57

BAKI: Avtobusda qalmaqal

20 İyul 2017 15:56

İŞİD partizan savaşına hazırlaşır

20 İyul 2017 15:53

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib

20 İyul 2017 15:52

Ayxan Abbasov: "Mərhələ keçmək şansımız var"

20 İyul 2017 15:52

Rusiyadan prezidentlərin görüşü haqqında AÇIQLAMA

20 İyul 2017 15:48

Yanacaqdaşıyan avtomobillər günorta yola çıxa bilərmi?

20 İyul 2017 15:46

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 15:42

Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT

20 İyul 2017 15:38

BAXCP sədri jurnalistləri təbrik etdi

20 İyul 2017 15:38

“Ağıllı” “Microsoft” termostatı otaqda temperatura nəzarət edəcək

20 İyul 2017 15:35

Tovuz sakini yük maşınının qoşqusundan yıxılaraq ölüb

20 İyul 2017 15:32

Prezident Ağalar Vəliyevi təltif edib

20 İyul 2017 15:32

Azərbaycanlı Ukraynada baş məşqçi təyin olundu

20 İyul 2017 15:32

Bir həftədə 17 qadınla cinsi əlaqədə olan oğlan BUNU DA ETDİ - FOTOLAR

20 İyul 2017 15:28

RF XİN-dən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə AÇIQLAMA

20 İyul 2017 15:27

Ermənilərdən növbəti təxribat: Bu dəfə milli yeməklərimizə göz dikdilər

20 İyul 2017 15:25

Namus üstündə arvadını öldürənə 18 İL HƏBS TƏLƏBİ

20 İyul 2017 15:24

AÇG layihəsindən ARDNF-ə 125 mlrd. dollardan çox vəsait daxil olub

20 İyul 2017 15:22

Bakı məktəblisi erməniləri məğlub edərək fəxri kürsüyə qalxdı - FOTO

20 İyul 2017 15:22

Nazirlikdən 20 min manatlıq cərimə

20 İyul 2017 15:18

"Qarabağ"ın rəqibi şokda: prezidenti "dövlətə xəyanət"də ittiham olunur

20 İyul 2017 15:17

“İranda azərbaycanlı nazirlərin sayı artmalıdır” - Qazipur

20 İyul 2017 15:17

Meyvələrin bu halı təəccübləndirir...

20 İyul 2017 15:16

Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi

20 İyul 2017 15:13