Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il 374 nəfər İİV-ə yoluxub

Bu il 374 nəfər İİV-ə yoluxub

Date: 14 October 2016 18:38

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda 374 nəfər İİV-ə yoluxması yeni aşkar olunan olunub, onlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbilərdir.

Publika.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun açıqladığı hesabatında bildirilib.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1988-ci ildən 01 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülüb ki, onlardan 5803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4459-u (74,3%) kişi, 1544-ü (25%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.


Tags:  il 374 nəfər İİV-ə yoluxub

RƏYLƏR


Top news