Mübadilə şöbəsindən dollarla bağlı YENİLİK

Mübadilə şöbəsindən dollarla bağlı YENİLİK
18:42 14 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliyi təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nın 8.5-ci bəndi aşağıdakı redaksiyada verilir:

"8.5. Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR