Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycana 5,75 kq qanunsuz nərə balığı kürüsünün keçirilməsinin qarşısı alınıb

Azərbaycana 5,75 kq qanunsuz nərə balığı kürüsünün keçirilməsinin qarşısı alınıb

Date: 14 October 2016 18:57

Bakı. 14 oktyabr. REPORT.AZ/ Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib. 
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, həmin şəxs baqajını gömrük nəzarətindən keçirmək üçün təqdim edərkən onun içərisində gündəlik ərzaq məhsullarının olduğunu bildirib.
Lakin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baqajın yoxlanması zamanı onun içərisindəki ərzaq məhsullarının arasından 12 ədəd plastik qabda qara rəngli kürü aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan məhsul insan qidası üçün istifadəyə yararlı nərə balığı kürüsüdür və ümumi netto çəkisi 5 kiloqram 750 qramdır.
Faktla bağlı araşdırma aparılır.

Tags:  Azərbaycana kq qanunsuz nərə balığı kürüsünün keçirilməsinin qarşısı alınıb

RƏYLƏR


Top news