"Bu videolar insanlarda şiddət yaradır"

"Bu videolar insanlarda şiddət yaradır"
18:58 14 Oktyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Valideynlər və ya dayələr tərəfindən uşaqların döyülməsi ilə bağlı tez-tez videolar yayılır. İstər mətbuat, istərsə də sosial şəbəkədə yayılan bu videolar insanlar tərəfindən qınaq obyektinə çevrilir. Amma bunlara sadə şiddət videosu deyib keçmək doğru olmaz. Psixoloqların sözlərinə görə, bu şiddət videoları insanlarda şüuraltı təsir edir və onlarda qeyri-insani rəftarlar formalaşdırır.

Psixoloq Narınc Rüstəmova Publika.az-a açıqlamasında şiddət tərkibli videoların insan psixikasında hər zaman öz izini qoyduğunu deyir: "Xüsusən, uşaq və yeniyetmələrdə bunun təsiri daha böyükdür. Texnologiya ərsində yaşayırıq. Ona görə də yeniyetmə və uşaqlar bu videoları daha tez əldə edə bilirlər. Bu videolara baxdıqca insan beynində normalizə edilir və adaptasiya olur. Şüuraltı olaraq videoya baxanda bu hadisədən narahat olsa da, tədricən normal qəbul edir. Hətta zamanla bundan zövq ala bilir. Şuüraltında bu model qəbul edilir və qarşılaşdığı çətin situasiyada ilk olaraq şiddəti çıxış yolu kimi qəbul edir. Bir valideyn uşağını döyürsə, əmin olun ki, o özü də uşaq vaxtı döyülüb. Çünki şiddət şiddəti doğurur. Bəzən valideynlər uşaqlarının aqressiv olduğunu, qarşısındakı döydüyündən şikayətlənir. Valideyn uşağı döyməzsə, o şiddətə yönəlməz. Daxili aqressiyası olan uşaqlar bu videolara daha çox maraq göstərir. Bu videolar uşaqlarda şiddətə meyllilik, yuxu pozuntularına səbəb ola bilir. Zaman keçdikcə bu uşaqlar cəmiyyətdə söyüş söyən, dalaşqan, pis vərdişlərə meyl edən bir tip kimi tanınır. Böyük yaşlı insanlarda isə paronoya, insanlara qarşı inamsızlıq yaranmasına səbəb olur”.

N.Rüstəmovanın sözlərinə görə, bu videolara baxmaq üçün bir məhdudiyyət qoyula bilər: “Bir çox xarici ölkələrdə bu məsələ tənzimlənib. Məsələn, şiddət və ya pornoqrafik videolara baxmaq üçün kredit kartının nömrəsi istənilir. Əlbəttə, bu kartlar 18 yaşdan aşağı şəxslərə verilmir. Bununla da yeniyetmə və azyaşlıların bu videoalara baxmasının müəyyən qədər qarşısı alınır. Bizdə isə bu məsələdə məhdudiyyət yoxdur”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR