Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Arsenal" Ronaldonu necə əldən buraxıb?

"Arsenal" Ronaldonu necə əldən buraxıb?

Date: 14 October 2016 19:07

İngiltərənin “Arsenal” klubunun sabiq skautu Damyen Komolli Kriştianu Ronaldonun London təmsilçisinə baş tutmayan transferi barədə maraqlı açıqlama verib. Fanat.Az xəbər verir ki, hər şey “topçular”ın xəsisliyi üzündən baş verib.


“Kriştianunu ilk dəfə 15 yaşında gördüm. Yaponiyaya qarşı matçda iştirak edirdi və mən öz-özümə dedim: bu da kimdi? Portuqaliya klubundakı tanışıma zəng vurub, “bu, fenomendir” söylədim. Tyerre Anri ilə anlaşmadan sonra belə bir şey görməmişdim. Ronaldo 2 dəfə “Arsenal”ın məşqinə gəldi, amma bunu heç kim bilmədi. Lakin söhbət transferə çatanda, pul tapılmadı. Bir neçə ay sonra “Mançester Yunayted” Lissabonda “Sportinq”lə yoldaşlıq oyunu keçirdi və Ronaldo onları məhv elədi. Aleks Ferqyuson elə orada deyib: “Bu futbolçu “Mançester Yunayted”ə gəlməlidi”- Komolli söyləyib.


Qeyd edək ki, hazırda Madrid “Real”ının şərəfini qoruyan portuqaliyalı ulduz 2003-cü ildə 12,24 milyon funt-sterlinq qarşılığında “Mançester Yunayted”ə transfer olunub. 2009-cu ildə isə 80 milyon funt-sterlinqə “Kral klubu”na satılıb.



Fanat.Az



Tags:  Arsenal Ronaldonu əldən buraxıb

RƏYLƏR


Top news