Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Məhkəməsi: “Azərbaycandakı saxta gənclər klubuna 16,5 min avro ayrılıb”

Avropa Məhkəməsi: “Azərbaycandakı saxta gənclər klubuna 16,5 min avro ayrılıb”

Date: 14 October 2016 19:27

Bakı. 14 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Auditorlar Məhkəməsi son 22 ildə Aİ ərazisində xərclənən vəsaitlərlə bağlı hesabatını açıqlayıb. “Report”un məlumatına görə, 320 səhifəlik hesabata əsasən, 142,6 mlrd. avro (250 mlrd. manat) vəsait israf edilib.
Hesabata görə, bununla da həmin şirkətlərin passivləri aktivlərini 72,4 mlrd. avro üstələyib. Məhkəmənin ötən gün açıqladığı hesabatda daha bir ittiham yer alıb. Belə ki, həmin qurumlar vergi ödəyicilərinin ödədiyi nağd vəsaiti sağa-sola xərclədiyi deyilir: “İsraf edilən vəsaitlər sırasında Mozambikə qeydə alınmamış 874 309 avroluq kredit və Azərbaycanda yerləşən saxta gənclər klubuna 16 500 avro yardım da daxildir”.

Tags:  Avropa Məhkəməsi Azərbaycandakı saxta gənclər klubuna 16 min avro ayrılıb

RƏYLƏR


Top news