Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yataqxanada yanğın - Əraziyə 4 yanğınsöndürən maşın gəlib

Yataqxanada yanğın - Əraziyə 4 yanğınsöndürən maşın gəlib

Date: 14 October 2016 19:37

Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub. 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub. 

Hazırda 46 saylı internat yataqxanasında baş vermiş yanğının qarşısını almaq üçün işlər aparılır. Yanğın nəticəsində xəsarət alanın olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.

Milli.Az


Tags:  Yataqxanada yanğın Əraziyə yanğınsöndürən maşın gəlib

RƏYLƏR


Top news