Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistan “Şimal-Cənub” nəqliyyat dəhlizinə maraq göstərir - FOTO

Pakistan “Şimal-Cənub” nəqliyyat dəhlizinə maraq göstərir - FOTO

Date: 14 October 2016 20:12

Pakistan "Şimal-Cənub" nəqliyyat dəhlizinə maraq göstərir.

İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətində təmsil olunan, Pakistanın Baş nazirinin xarici işlər üzrə xüsusi müşaviri Said Tariq Fatemi ilə keçirdiyi görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, nəqliyyat və tranzit imkanlarına dair təqdimat keçirilib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a bildirilib ki, nazir Şahin Mustafayev Azərbaycan və Pakistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini vurğulayıb. Qeyd olunub ki, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan əlverişli geostrateji mövqeyə və tranzit imkanlarına malikdir. Azərbaycanda müasir standartlara cavab verən nəqliyyat infrastrukturu yaradılıb, ölkəmiz Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və bu yaxınlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin fəal iştirakçısıdır. Hazırda "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində işlər davam etdirilir. "Şimal-Cənub" nəqliyyat dəhlizinin digər alternativ dəhlizlərdən üstünlüyü barədə danışan Şahin Mustafayev bildirib ki, dəhlizin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisi 2016-cı ilin sonunadək yekunlaşdırılacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda limanın ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır. Bu yaxınlarda Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə müqavilə imzalanıb. Nazir görülən tədbirlərin Azərbaycanın beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağı kimi rolunu daha da artırdığını, ölkəmizin tranzit imkanlarını genişləndirdiyini vurğulayıb, Pakistanın "Şimal-Cənub" nəqliyyat dəhlizinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana biləcəyini diqqətə çatdırıb.

Pakistanın Baş nazirinin xarici işlər üzrə xüsusi müşaviri Said Tariq Fatemi Pakistan-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdiyini bildirib, ölkəsinin nəqliyyat infrastrukturu barədə məlumat verib. Said Tariq Fatemi Pakistanın "Şimal-Cənub" nəqliyyat dəhlizinə maraq göstərdiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Pakistan arasında əczaçılıq, turizm, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Milli.Az





Tags:  Pakistan Şimal-Cənub nəqliyyat dəhlizinə maraq göstərir FOTO


RƏYLƏR


Top news