Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Plastik kartlarla fırıldaqlar Mərkəzi Bankda – MÜZAKİRƏ OLUNUB

Plastik kartlarla fırıldaqlar Mərkəzi Bankda – MÜZAKİRƏ OLUNUB

Date: 14 October 2016 20:17

Mərkəzi Bankda (AMB) Ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupunun növbəti görüşü keçirilib. AMB-dən fins.az-a verilən məlumata görə, Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən görüşdə ölkədə ödəniş kartları bazarının inkişaf etməsi, ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması və bu hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi müzakirə edilib.
Milli.Az fins.az-a istinadən bildirir ki, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, ölkənin bir sıra kommersiya bankları, prosessinq xidmət mərkəzləri və hüquq mühafizə orqanlarının ekspertlərindən ibarət İşçi Qrupunun görüşünə dəvət olunmuş "Mastercard Worldwide" beynəlxalq kart təşkilatının ödəniş kartları üzrə risklər sahəsində biznes lideri Cem Kibaroğlu çıxış edərək, beynəlxalq təcrübədə fırıldaqçılıq sahəsində son tendensiyalar və onlara qarşı preventiv mübarizə tədbirləri barədə ətraflı məlumat və müvafiq tövsiyələr verib.
Ümumiyyətlə ötən dövr ərzində İşçi Qrupu tərəfindən bankların aidiyyəti mütəxəssisləri üçün beynəlxalq kart təşkilatları ilə birlikdə risklərin idarə olunması, elektron ödənişlərdə kibercinayətkarlıq hallarının aradan qaldırılması istiqamətində bir sıra seminarlar keçirilmiş, müxtəlif normativ hüquqi aktların müzakirəsi, kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanıb və digər tədbirlər həyata keçirilib.
Milli.Az


Tags:  Plastik kartlarla fırıldaqlar Mərkəzi Bankda MÜZAKİRƏ OLUNUB

RƏYLƏR


Top news