Övladlığa götürmə: asan olmayan proses

Övladlığa götürmə: asan olmayan proses
20:27 14 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın (24 Aprel 2017 22:12)
Azərbaycandan əcnəbilərə neçə uşaq övladlığa verilib? (18 Aprel 2017 19:32)
Azərbaycanlı uşaqları daha çox hansı ölkə vətəndaşları övladlığa götürür? (07 Aprel 2017 08:05)

2004-də ailə quran Nazilə bir müddət dünyaya uşaq gətirmək barədə düşünməyib. Daha sonra 5 il bunun üçün müalicə aldığını desə də, bu "uzun və ağrılı" proses onu arzusuna çatdırmayıb.
Ancaq bir il öncə o, övladlığa bir qız uşağı götürüb və deyir ki, həyatı tamamilə dəyişib.
Nazilə (ad şərtidir) övladlığa uşaq götürmənin çətinlikləri və sevinci barədə BBC Azərbaycancaya danışır.

Doğuş zamanı ana və uşaq ölümləri artır?

Onun sözlərinə görə, bu proses heç də asan deyil və bunun üçün dövlət orqanları tərəfindən bir sıra bürokratik əngəllər yaradılır.
Lakin 3 yaşına qədər uşaqların övladlığa götürülməsi prosesini həyata keçirən qurumlardan biri olan Səhiyyə Nazirliyi hər şeyin qanuna uyğun aparıldığını bildirir.

Üç qurum

Azərbaycanda 3 yaşınadək uşaqların övladlığa verilməsinə Səhiyyə Nazirliyi, 3-18 yaşlılara isə Təhsil Nazirliyi baxır. Ölkələrarası övladlığa verilmə səlahiyyəti isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsusdur.
Övladlığa uşaq götürmək üçün lazım olan sənədlərə vətəndaşların Rayon İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına yazdıqları notariusda təsdiq edilmiş ərizə, şəxsiyyət vəsiqəsinin surəti, nikah haqqında şəhadətnamənin surəti daxildir.
Bundan başqa övlad götürmək istəyən vətəndaş yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənədi də təqdim etməlidir, Təhsil Nazirliyinin rəsmi saytı yazır.
Tələb olunan övladlığa götürənlərin səhhətinin vəziyyəti barədə tibbi rəydən başqa, vətəndaş Hepatit "B", "C" və "QİÇS" yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərin cavabını da komissiyaya gətirməlidir.
Həmçinin övladlığa götürənlərin tərcümeyi-halı, tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd təqdim edilməlidir.
Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı da tələb olunan sənədlər siyahısındadır.
Müsahibimiz 3 yaşdan aşağı yaşı olan uşaq götürdüyünü deyir və o da eyni sənədləri hazırlayıb. Övladlığa götürmə Nazirlər Kabinetinin 172 saylı qərarı ilə tənzimlənir.

İmkansızlıq

Nazilə 5 il çəkən müalicə prosesindən danışır. Onun sözlərinə görə, həkimlər son qərar olaraq süni mayalanma yolu ilə övlad sahibi olmağı təklif etsələr də, bu proses 6-7 min manat olduğu üçün imtina etməli olublar.
"Dünyanın heç bir yerində ilk süni mayalanma prosedurunun uğurlu olacağına zəmanət verilmir. Bu səbəbdən bu prosedur bir neçə dəfə təkrarlanmalı idi və bizim buna imkanımız çatmayacaqdı", deyən Nazilə övladlığa götürməyə necə qərar verdiyini əlavə edir:
"...bir çox valideyn qayğısından məhrum uşaqlar var ki, onların anaya ehtiyacı var, mənimsə uşağa ehtiyacım var idi", o qeyd edir.
Həyat yoldaşının bu məsələyə etiraz etmədiyini bildirən müsahibimiz, bütün lazımı sənədləri toplayaraq yerli icra hakimiyyətinə müraciət etdiyini deyir.
"Özümü tanıyandan övlad sahibi olmaq istəmişəm. Düşünürəm qeyd-şərtsiz valideyni bircə övladı, övladı isə bircə valideyni sevə bilər. Anam həyatdan köçəndən sonra düşdüyüm boşluğu ancaq övlad qayğısı doldura bilərdi", o əlavə edir.
Nazilə Azərbaycanda övladlığa götürmə prosdurlarından narazı deyil və düşünür ki, uşaqların təhlükəsiz ailədə böyüməsi üçün bütün bu sənədlər vacibdir.

Yorucu proses

Lakin o, problemi Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsində qeydiyyat zamanı yaşayıb.
"Bütün sənədləri hazırladıqdan sonra komissiyaya təqdim etmək üçün gələndə məlum oldu ki, biz siyahidan əlavə sağlamlıqla bağlı, daha dəqiq desəm Hepatit və QİÇS-lə bağlı arayış gətirməliyik", deyən Nazilə Hepatit C analizinin müsbət cavablandığını deyir.
Nazilə həm Bakıda, həm Londonda, həm də Gürcüstanda yenidən təhlillər etdiyini və cavabda onun xəstə deyil, daşıyıcı olmasının müəyyənləşdiyini deyir. Lakin bu təhlillər onun bir il vaxtını alıb.
"Hər dəfə komissiyaya deyirdim ki, mən xəstə deyiləm, orda mənə sən özünə müalicə yazdırmalısan, özünü, sağlamlığını düşün, deyirdilər. Bir ildən sonra artıq daha ciddi danışdım və bildirdim ki, mən xəstə deyiləm, daşıyıcıyam. O zaman mənə dedilər ki, bu barədə sənəd gətirməliyəm", deyən Nazilə Səhiyyə Nazirliyində sənəd gətirməli olduğunu bir il sonra deyilməsindən şikayət edir.
"Bu da bir növ bürokratiyadır. Mənə bir cümləni demək üçün bir il gözlədilər".
Nazilə tələb olunan sənədi gətirdiyində idarədə ona tələb olunan və təhvil verilmiş sənədlərin vaxtının keçdiyi deyilir. Bundan sonra o, 3 gün ərzində lazımı sənədləri təkrar toplamalı olur və qeydiyyata düşə bilir.
Qeydiyyata düşdükdən sonra bir il gözləməli olan müsahibimiz, siyahıda sıralarını öyrənmək və ya övladlığa götürmək üçün uşağın olub-olmaması barədə hər dəfə Bakı şəhər Baş Səhiyyə İdarəsinə məlumat almaq üçün zəng vuranda cavab ala bilmədiklərini də əlavə edir.
O, bunu "umacaqlı hərəkətlər" adlandırır və deyir ki, "pul istəyə bilmədikləri üçün əvəzini belə çıxırdılar".

Məlumatsızlıq

Rəsmi sorğuya da istədikləri cavabı ala bilməyən ailə nazirliyə və prezidentə şikayət məktubları ünvanlamağa başlayır və bir ildən sonra onlara övladlığa verilə biləcək bir uşağın olduğu barədə zəng gəlir.
"İlk gördüyümüz uşağa da vurulduq", deyən Nazilə bu zaman ərizə ilə məhkəməyə müraciət etdiklərini və prosesin bitməsi üçün 3 ay gözlədiklərini əlavə edir.
Məhkəmə bitəndən sonra 8 aylıq qız uşağının valideyninə çevrilən Nazilə deyir ki, "bununla da bizim əzablarımız bitdi".
"Noyabrda bir il olacaq ki, o həyatımıza gəlib. Özüm artıq unutmuşam ki, onu dünyaya mən gətirməmişəm", deyən Nazilə çox xoşbəxt olduğunu bildirir.
Nazilənin sözlərinə görə, ondan və həyat yoldaşından işi ilə əlaqədar bu prosedur boyu heç kim rüşvət istəməyib. Ancaq o, pul ödəmədikləri üçün qeydiyyata düşmək prosesinin uzandığını da əlavə edir.
"Məhkəmə prosesi zamanı uşaqla həftədə bir dəfə görüşürdük. Həmin vaxt orda digər bizim kimi valideynlər də var idi. Mənim ünsiyyətdə olduğum və digər övladlığa götürmək üçün növbədə duran ailələrdən siyahıda önə düşmək üçün 3-5 min manat dəyərində pul ödədiklərini deyənlər olurdu", o bildirir.
Bununla bağlı Səhiyyə Nazirliyinin sözçüsü isə deyir ki, belə bir faktla onlara müraciət edən olmayıb.
"Rüşvət verən də, alan da cinayətkardır", deyən nazirlik sözçüsü rüşvət verilməsi halının olduğuna inanmadığını da qeyd edir.

Cəmiyyətin münasibəti

Müsahibimiz cəmiyyətin də övlad götürmə məsələsinə yanaşmasını "qeyri-normal" saydığını bildirir.
Onun sözlərinə görə, sənəd toplama prosesində səhiyyə işçilərindən bir neçəsi ona "qohumlarda uşaq yoxdur ki, götürəsiniz?" və ya "niyə min zəhmətlə qazandığınız miras xalqın uşağına qalsın?" deyə sual ünvanlayıb.
"Atası, anası olan uşağı neynirəm axı. Mən qayğıya ehtiyacı olan uşağı övladlığa götürmək istəyirdim. Uşağın necə böyüyəcəyi genetika məsələsi deyil, tərbiyə məsələsidir", deyə Nazilə gileylənir.
O, həmçinin, ailə üzvlərindən də bu halla razılaşmayanların olduğunu vurğulayır.
"Cəmiyyət buna hazır deyil" deyən müsahibimiz, hələ də insanların onu incidəcək ifadələr söylədiyini qeyd edir.
"Məni də indi qıcıqlandırırlar. Deyirlər, nə gözəl iş gördünüz. Heç kim uşağın bizim ailəyə nə qədər şey qazandırdığına baxmır. Deyirlər savaba batmışam. Hələ məlum deyil o uşaq mənim həyata rəng qatmağıyla savaba batıb, yoxsa mən onu övlad götürməklə", o deyir.
Nazilə qızından onu övladlığa götürdüklərini gizlətməyəcəyini də deyir.
"Axır-əvvəl biləcək. Ona görə əvvəldən alışdıra-alışdıra demək lazımdır", o bildirir.
Nazilə cəmiyyətin şüurundə çox şeyin dəyişməli olduğunu vurğulasa da, hazırkı hakimiyyətin bunu bacarmayacağı fikrindədir.
"Sahibsiz uşaqlara hakimiyyətin özünün münasibəti dəyişməlidir. Üç yaşına qədər övladlığa getsələr yaxşı, getməsələr çox çətindir. Onlara oxumağa, yaxşı yaşamağa şərait yaratmaq olmazmı?", deyə sual edən müsahibimiz uşaq evlərindən çıxan uşaqların "taleyin ümidinə buraxıldığını" qedy edir.
"Hakimiyyət öz sahibsiz övladına belə yanaşırsa, cəmiyyət də elə davranacaq", o əlavə edir.

Xarici müraciətlər

Övladlığa verilmənin statistikası ilə bağlı Təhsil və Səhiyə Nazirliklərindən məlumat almaq mümkün olmasa da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü bildirir ki, qurum 2008-ci ildən ölkələrarası övladlığa götürmə ilə bağlı məhkəmələrdə rəyini bildirə bilər.
O, bu müddət ərzində quruma 100-ə yaxın müraciətin daxil olduğunu qeyd edir.
Komitənin sözçüsü Elgün Səfərov bildirir ki, bu müraciətlərdən təxminən 50-ə qədəri təsdiqini tapıb.
Onun sözlərinə görə, övladlığa götürmə ilə bağlı əsasən ABŞ, Rusiya və digər dövlətlərin vətəndaşları müraciət edir və hər il 3-4 işə baxılır.
Qurum sözçüsü övladlığa götürmə ilə bağlı müraciət edən xarici ölkə vətəndaşlarının əksəriyyətinin Azərbaycan əsilli olduğunu bildirir.
"Qeyd edim ki, onların övladlığa götürdüyü uşaqlar Azərbaycanda övladlığa götürmədən imtina edilmiş uşaqlardır. Yəni sağlamlığı məhdud olan və digər problemləri olan uşaqlardır", deyən cənab Səfərov müraciət edənlərin uşağın cinsiyyəti arasında fərq qoymadıqlarını, ancaq daha çox 3 yaşından aşağı olan uşaq istədiklərini qeyd edir.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu

25 Aprel 2017 02:48

"Çelsi" "Mançester Yunayted"in transfer hədəfinə elçi düşüb -

25 Aprel 2017 02:36

58 yaşlı aktrisa romantik obrazda - FOTO

25 Aprel 2017 02:32

Çilidə DƏHŞƏTLİ ZƏLZƏLƏ - 7,1 bal

25 Aprel 2017 02:23

Avropa çempionları Bakıya döndü

25 Aprel 2017 02:19

Çilidə 7,1 ballıq zəlzələ

25 Aprel 2017 02:09

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

25 Aprel 2017 02:03

Məhkəmə Mursi tərəfdarları barəsində ölüm hökmü çıxardı

25 Aprel 2017 01:54

Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi

25 Aprel 2017 01:49

Apteklərdə "Rivanol" tozu yoxa çıxıb -

25 Aprel 2017 01:38

Kvebekdə rahat ev - FOTO

25 Aprel 2017 01:32

Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarıldı

25 Aprel 2017 01:28

ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

25 Aprel 2017 01:12

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22

Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - FOTO

24 Aprel 2017 23:17

Bu içkilərin istehlakı İNSULT VƏ AĞIL ZƏİFLİYİNƏ səbəb olur

24 Aprel 2017 23:17

52 yaşlı Monika Belluççi gözəlliyi ilə hamını valeh etdi -

24 Aprel 2017 23:14

Cey Lo sevgilisi ilə görüşə transparan geyimdə getdi - FOTO

24 Aprel 2017 23:12

Hamiləlik zamanı smartfondan istifadə etməyin! - GİZLİ TƏHLÜKƏ

24 Aprel 2017 23:12

Rusiya XİN-dən Dilqəm Əsgərov haqda açıqlama

24 Aprel 2017 23:12

İlin ən əsas film hadisəsinə günlər qaldı

24 Aprel 2017 23:05

Tez-tez köpürsünüzsə... - 5 SADƏ MƏSLƏHƏT

24 Aprel 2017 23:05