Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub.
Qısa zamanda yanğının qarşısı alınıb. Binada yaşayış olmadığından xəsarət alan olmayıb.