FED ilin sonu faizləri artıracaq

FED ilin sonu faizləri artıracaq
20:42 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-da pərakəndə satışlar 0.6% ilə gözləntini qarşılayıb. İqtisadçılar da pərakəndə satışların 0.6% artacağını proqnozlaşdırırdılar.
Milli.Az publika.az-a istinadən xəbər verir ki,  bu barədə ABŞ Ticarət Nazirliyindən məlumat verilib. Avtomobil və enerji xərcləri, xaric pərakəndə satışlar isə sentyabr ayında 3 faiz artım qeyd edib. Gözlənti göstəricinin 3% artacağı istiqamətində idi. ABŞ-da pərakəndə satışlar avqust ayında beş aydan bəri ilk dəfə geriləmişdi.
ABŞ-da istehsalçı qiymətləri indeksi də sentyabrda gözləntini aşıb. ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, indeks aylıq 0.3% artıb, illik artım isə 0.7% olub.
Gözlənti aylıq 0.2%, illik 0.6% artım olacağı istiqamətində idi. Keçən ay 0.1% artan ərzaq və enerji qiymətləri xaric baza indeks 0.2% artıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/479505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR