Rusiyada "Health&Medical Tourism 2016" adlı sərgi keçirilib

Rusiyada "Health&Medical Tourism 2016" adlı sərgi keçirilib
20:42 14 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində oktyabrın 12-14-də “Health&Medical Tourism 2016 ” adlı sərgi keçirilib.
“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyi və Sankt-Peterburqun Səhiyyə Komitəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının üzvləri (Naftalan Qaşaltı, Çinar Naftalan, Yengicə Termal, Qalaaltı, Duzdağ Naxçıvan sağlamlıq turizmi müəssisələri) iştirak ediblər.
Sərginin açılışına qatılan Rusiyanın Sankt-Peterburq Hökumətinin vitse-qubernatoru Olqa Kazanskaya və Səhiyyə Komitəsinin sədri Valeriy Kolabutin Azərbaycan stendində kurort təsislərimiz tərəfindən təqdim olunan təkliflərlə yaxından tanış olublar. Sankt-Peterburq administrasiyasının rəsmiləri Azərbaycanda müalicəvi turizmin xeyli inkişaf etdiyini və geniş imkanlara malik olduğunu vurğulayıblar.
Sərgi zamanı Azərbaycanın Sankt-Peterburqdakı Baş KonsuluSultan Qasımovmilli stendiziyarət edib. Eyni zamanda səfir “Azərbaycanın sağlamlıq turizmi imkanları” adlı seminar-təqdimat mərasimində iştirak edib.
Tədbir çərçivəsində Azərbaycanda müalicəvi turizm mövzusuna həsr olunan təqdimat keçirilib. Təqdimatda çıxış edən “Naftalan”, “Çinar”, “Qalaaltı”, “Qaşaltı”, “Duzdaq” və “Qafqaz” otellər zəncirinin nümayəndələri bu müəssisələrin fəaliyyəti, xidmət növləri və müalicəvi xüsusiyyətləri barədə məlumat veriblər.
Sözügedən sərgidə 12 ölkədən 150-dək iştirakçı qatılıb. Azərbaycanın müalicəvi turizm potensialını təqdim edən stendə maraq yüksək olub.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/rusiyada-health-medical-tourism-2016-adli-sergi-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR