"Nardaran işi": Təqsirləndirilənlər zərərçəkənin üzünə tüpürüb

"Nardaran işi": Təqsirləndirilənlər zərərçəkənin üzünə tüpürüb
20:42 14 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov çıxış edərək beş gündür, cərimə kamerasında saxlanıldığını deyib.
 
Daha sonra Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşına yığışaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Bildirib ki, hadisə zamanı xəsarət almayıb, polislərə daş atanları görməyib, özü kimisə saxlamayıb.
 
Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri, polis serjantı Əsədullayev Nəsib Maşallah oğlu iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində Sabunçu RPİ-nin inzibati binasının qarşısında olan iğtişaş zamanı kütlənin içində aqressiv şəkildə bərkdən qışqıran, polis əməkdaşlarına tərəf daş atan təxminən 25 yaşlı, orta boylu, və arıq bədənli kişi cinsli şəxsin fəallıq göstərdiyini görüb onu zərərsizləşdirmək üçün olduğu yerə tərəf qaçıb həmin şəxsi tutub, sonuncu onun əlindən çalışıb çıxmaq istəsə də buna imkan verməyərək onu polis idarəsinin növbətçi hissəsinin qarşısında olan əməkdaşa təhvil verib, iğtişaş qurtarmadığı üçün yenidən polis idarəsinin qarşısına çıxmış və həmin vaxt kütlənin qarşısında olan 25-27 yaşlı, hündür boylu şəxsin fəallıq göstərdiyini görüb həmin şəxsi idarənin əməliyyat müvəkkili Samir tutaraq saxlayıb, o da köməyə gələrək birlikdə həmin şəxsi polis idarəsinə gətiriblər. Bundan sonra yenidən polis idarəsinin qarşısına çıxanda iğtişaş qurtarıb, fəal iştirakçılar saxlanılaraq polis idarəsinin növbətçi hissəsinə gətirilib, polis idarəsində tutduğu şəxslərdən birincisi, yəni tək özü tutduğu  Lətif Əhmədov, Samirlə tutduğu isə Elvin Bünyadov olmasını öyrənib, baş vermiş hadisə və tutduğu şəxslər barəsində polis idarəsinin rəhbərliyinə raport yazıb.
 
Sualları cavablandıran şahid deyib ki, Çevik Polis Alayının əməkdaşları onlara kömək məqsədi ilə oraya gəliblər.
 
Daha sonra iclasda şahid qismində Sabunçu RPİ-nin əməkdaşı Anar İbrahimov ifadə verib. O bildirib ki, hadisə zamanı dəyənəyi itib və qarnına daş dəyib. Lakin zərərçəkmiş kimi harasa müraciət etməyib.
 
Sabunçu RPİ-nin polis nəfəri İbrahimov Anar Yusif oğlu ibtidai istintaq zamanı ifadə verərək bildirib ki, 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər kişi cinsli, əsasən Nardaran-Maştağa kənd sakinlərinin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, inzibati binaya hücum etməyə, əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atdıqlarını, bir neçə polis əməkdaşının xəsarət aldığını, köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısını aldıqlarını, fəal şəxslərin tutularaq polis idarəsinə təhvil verildiyini göstərib.
 
Daha sonra prosesdə çıxış edən Taleh Bağırov deyib ki, onların prosesinə gələn və dəstək nümayiş etdirən hüquq müdafiəçilərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Hakim isə bildirib ki, başqa orqana hər hansı göstəriş vermək səlahiyyətləri yoxdur. O, həmin şəxslərin Daxili İşlər Nazirliyinə şikayət etmələrini məsləhət bilib.
 
Vəkil Yalçın İmanov bunu vəkillərə təzyiq kimi qiymətləndirib.
 
Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı İsrafil Mustafayev ifadə verib. O, ötən il noyabrın 5-də polis idarəsinin qarşısına toplaşan adamları tanımadığını, hadisə zamanı xəsarət almadığını deyib. Bildirib ki, oraya toplaşanlar Elçin Qasımovun azadlığa buraxılmasını tələb ediblər.
 
İ. Mustafayev də istintaq zamanı Anar İbrahimovun ifadəsi ilə oxşar ifadə verib.
 
Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Siyavuş Mirzəzadə də iclasda dindirilib. O, ötən il noyabrın 5-də polis idarəsinin qarşısında baş verən hadisə zamanı idarədə növbədə olduğunu, heç kimi həbs etmədiyini deyib. Vəkil Yalçın İmanov isə onun ifadələrində ziddiyyət olduğunu bildirib və şahidin ifadəsi elan edilib.
 
O, istintaq zamanı ifadəsində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında baş vermiş iğtişaş zamanı kütlənin içində hündürboylu, dolu bədənli, 25-30 yaşlı, üzü az saqqallı şəxsin polis əməkdaşlarına tərəf bir-neçə dəfə daş atdığını görüb dərhal qaçaraq onu tutub, həmin şəxs əlindən çıxıb qaçmaq istəsə də buna imkan verməyib və onu Çevik polis alayının tanımadığı əməkdaşı ilə birlikdə polis idarəsinə təhvil verib. Həmin vaxt tutduğu şəxsin Anar Əliyev olduğunu bilib, sonra idarənin qarşısına çıxanda əməliyyat müvəkkili Atəm Abdullayevin qışqıraraq köməyə adam çağırdığını görüb, həmin vaxt təxminən 25 yaşlı, orta boylu, qara saçlı oğlan Atəmi itələyib əlindən çıxmaq istəyib və onlar köməkləşib həmin şəxsi polis idarəsinə gətiriblər. Həmin şəxs polis idarəsində də özünü çox aqressiv aparıb və Elçin Qasımovun tutulmasına görə polis idarəsinə od vuracağını deyib. Qeyd edilən şəxsin adının Teymur, soyadının isə Osmanov olduğunu öyrənib, baş vermiş hadisə və tutduğu şəxslər barədə polis idarəsinin rəhbərliyinə raport yazıb.
 
Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elman Abdullayev ifadə verib. O, hadisə zamanı xəsarət almadığını deyib. O, istintaq zamanı isə Anar Abdullayev və İsrafil Mustafayevin ifadələri ilə oxşar məzmunda ifadə verib.
 
İclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Valeh Mustafayev də ifadə verib. O, da idarənin qarşısında baş verən hadisələr zamanı xəsarət almadığını deyib.
O, istintaq zamanı ifadəsində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında iğtişaş törədənlərdən arıq bədən quruluşlu, sarıyanız, üzü az tüklü şəxsin kütləni idarə edərək qızışdırdığını və polisə müqavimət göstərməyə təhrik etdiyini görüb.
 
Daha sonra iclasda hakim bildirib ki, Nardaranda baş vermiş hadisə zamanı dünyasını dəyişən Vüqar Nəsibov və İsmayıl Tağıyevin hüquqi varisləri məhkəməyə müraciət edərək iclasda iştirak etmək istəmədiklərini, cəza məsələsinin məhkəmənin öhdəsinə buraxdıqlarını deyiblər.
 
İş üzrə şahid və zərərçəkən kimi tanınmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov isə iclasda sualları cavablandırıb. O bildirib ki, heç kimə işgəncə verməyib və buna görə "Qurani-Kərim"ə and içə bilər. Abbas Hüseynov və digər təqsirləndirilən şəxslər isə onun işgəncə verdiyini deyiblər. Təqsirləndirilən şəxslər İ. Kazımovun üzünə tüpürüb, ayaqqabı və su şüşələri atıblar. İ. Kazımov isə onların atdıqları ayaqqabıları özlərinə tərəf atıb.
 
Proses oktyabrın 17-də davam edəcək. 

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

"Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik" -

29 Mart 2017 22:58

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43

"Fərat Qalxanı" əməliyyatı başa çatdı -

29 Mart 2017 22:43

Yeni evlənən cütlük hamının gözü qarşısında mübahisə etdi

29 Mart 2017 22:42

Misin insan orqanizmində rolu

29 Mart 2017 22:37

Ayaqqabı ayağınızı sıxırsa... - ÇARƏ

29 Mart 2017 22:37

Türkiyə Booking.com-u bağladı

29 Mart 2017 22:34

Şəmkirdə yaşayış evində partlayış baş verib -

29 Mart 2017 22:28

Hiperaktiv uşaqların davranışı belə olur- ƏLAMƏTLƏR

29 Mart 2017 22:27

Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

29 Mart 2017 22:27

Müğənni və sevgilisi romantik gəzintidə - FOTO

29 Mart 2017 22:22

Kənan və Dəniz 20 il əvvəl - FOTO

29 Mart 2017 22:22

Futbolçunun həyat yoldaşı onu klub və millidən uzaqlaşdırmağı xahiş edir - QİSAS

29 Mart 2017 22:22

SƏPGİLƏR əleyhinə evdə hazırlanılan KREM

29 Mart 2017 22:12

Aktrisa doğumdan sonra ilk dəfə - FOTO

29 Mart 2017 22:12

Avropada ən böyük yaşayış evi satılıb

29 Mart 2017 22:12

"Fərat qalxanı" əməliyyatı başa çatdı

29 Mart 2017 22:08

Rusiya, İran və Suriya hərbi cinayətlərdə ittiham edildi

29 Mart 2017 21:59

Bakıda yanğın olub

29 Mart 2017 21:57

Müsəlman idmançıdan Trampa məktub:

29 Mart 2017 21:57

"YouTube"da uşaqlar üçün təhkükəli videolar yayılıb - Valideynlərə xəbərdarlıq!

29 Mart 2017 21:52

Davud Güloğlu yeni filmə çəkilib - FOTO

29 Mart 2017 21:52

Məşhur aparıcının yeni iş yeri bəlli oldu

29 Mart 2017 21:47

Şou-biznesin məşhur simaları bu evlərdə yaşayır - SİYAHI - FOTO

29 Mart 2017 21:37

Adriana Lima Türkiyədə podiuma çıxacaq

29 Mart 2017 21:37

Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs barədə məhkəmə qərar verib

29 Mart 2017 21:32

Azərbaycan millisi Moldovaya şans vermədi

29 Mart 2017 21:29

Çirkli hava beyini kiçildir - Qarşısını almaq üçün nə etməli?

29 Mart 2017 21:28

Türkiyənin qərbi silkələndi - 4,5 balla

29 Mart 2017 21:27

"Ozancan Türkiyə millisində oynaya bilər" - "Bursaspor" rəsmisi

29 Mart 2017 21:27

Qadının gözündən 8 sm-lik qurd çıxarılıb

29 Mart 2017 21:22

Yol polisindən sürücülərə: İngilis və rus dilini öyrənin

29 Mart 2017 21:22

Yazda hansı xəstəliklər üzə çıxır?

29 Mart 2017 21:22

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 21:21

Sabiq prokurorluq əməkdaşının məhkəməsi başladı

29 Mart 2017 21:19

Azərbaycan Moldovanı darmadağın etdi

29 Mart 2017 21:17