Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi"dən 3 transfer - FOTO

"Neftçi"dən 3 transfer -   FOTO

Date: 14 October 2016 20:57

"Neftçi” baxışda olan 3 futbolçu ilə müqavilə imzalayıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandada çıxış edəcək.
 
Mahir Şükürov 1982-ci il dekabrın 12-də Sumqayıtda anadan olub. Bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

Mahir Şükürov: "Neftçi”yə qayıtmağıma görə şadam. Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazlrda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”.

Boban Baykoviç 1985-ci il martın 15-də Monteneqronun Çetinye şəhərində dünyaya gəlib. Yerli "Lovçen” klubunun yetirməsidir. O, həmçinin serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub.

Boban Baykoviç: "Yeni komandam üçün faydalı olmaq istəyirəm. Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”.

Jonas Pessalli 1990-cı il sentyabrın 24-da Braziliyanın Bentu Qonsalveş şəhərində doğulub. "Qremio”nun yetirməsi olan futbolçu Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.

Jonas Pessalli: "Azərbaycan futbolu inkişafdadır. Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm”.

Fanat.Az

Tags:  Neftçidən transfer FOTO

RƏYLƏR


Top news