Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sərnişinlərin nəzərinə: Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik edildi

Sərnişinlərin nəzərinə: Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik edildi

Date: 14 October 2016 21:33

Oktyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Bu, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə bağlıdır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Belə ki, Bakı-Sumqayıt elektrik qatarları Bakı-sərnişin stansiyasından saat 07:40, 08:15, 08:45, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:30, 10:30 , 16:55, 18:35 və 19:30-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri Bakıdan 07:40, 08:15, 08:45 və Sumqayıtdan 06:50, 07:20, 07:45-də yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.


Tags:  Sərnişinlərin nəzərinə Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik edildi

RƏYLƏR


Top news