Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sorğu: Klinton Trampı 7 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 7 faiz qabaqlayır

Date: 14 October 2016 21:37

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 7 faiz qabaqlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 10-12-də Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 3-6-da  telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü cəmi 2 faiz təşkil edib (Klinton - 44%, Tramp - 42%).
 
Oktyabrın 9-da Klintonla Tramp arasında ikinci teledebat keçirilib. CNN telekanalının sorğusuna əsasən, sabiq dövlət katibi teledebatda 37%-ə qarşı 57% səslə qalib qəlib.
 
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Milli.Az


Tags:  Sorğu Klinton Trampı faiz qabaqlayır

RƏYLƏR


Top news