Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toyuq və hinduşka ətinin 10 faydası - FOTOLAR

Toyuq və hinduşka ətinin 10 faydası - FOTOLAR

Date: 14 October 2016 21:53

Türkiyəli diyetoloqlar toyuq və hinduşka ətinin faydalarını açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyuq və hinduşka əti B2, B6, B12 kimi vitamin və bəzi minerallarla olduqca zəngindir.

Təbii anti-depressant

Tavuk ve hindi tüketmek için 10 sebep

Hinduşka və çolpa ətində triptofan turşuları yüksəkdir. Məhz bu maddənin sayəsində bir kasa toyuq şorbası içdikdən sonra insan özünü daha rahat və sakit hiss edir. Triptofan beyindəki serotonin səviyyəsini yüksəldərək əhval-ruhiyyəni qaldırır, stress və gərginliyi azaldır, ən vacibi isə gecələr rahat yuxu yatmağa kömək edir.

Sağlam

Tavuk ve hindi tüketmek için 10 sebep

Toyuğun döş əti infarkta səbəb olan homositin turşularını nəzarətdə saxlayaraq ürək xəstəliklərinin də qarşısını alır.

Göz üçün faydalıdır

Tavuk ve hindi tüketmek için 10 sebep

Çolpa və hinduşka əti, A vitamini, beta karoten və lisopenlə zənginidir. Bütün bu maddələr göz sağlamlığı üçün faydalıdır.

Zəngin fosfor mənbəyi

Tavuk ve hindi tüketmek için 10 sebep

Fosfor baxımından zəngin olan çolpa və hinduşka əti dişləri və sümüyü gücləndirir. Bundan başqa böyrək, ağciyər və mərkəzi sinir sistemi funksiyası üçün çox lazımlı mineraldır.

Bol selenium

Tavuk ve hindi tüketmek için 10 sebep

Çolpa və hinduşka ətində metabolizmin fəaliyyətini yaxşılaşdıran zəruri mineral - selenium var. Başqa sözlə desək, bu maddə insan orqanizmindəki qalxanabənzər vəzi, hormon, metabolizm və immun funksiyalarına müsbət istiqamətdə təsir göstərir.

Metabolizmi gücləndirir

Tavuk ve hindi tüketmek için 10 sebep

Tərkibindəki B6 vitamini fermentləri enerji səviyyəsini qaldırır və metabolizmi sürətləndirir. Bu da daha çox kalori yandırılmasını təmin edir. Beləliklə, toyuq və hinduşka əti sayəsində stabil çəkini qoruyub saxlamaq mümkündür.

Arıqlamaq üçün idealdır

Tavuk ve hindi tüketmek için 10 sebep

Toyuq pəhriz saxlayanlar üçün ideal məhsuldur. Toyuğun döş əti həm doyumludur, həm də az kalorilidir. Toyuq və hinduşka ətindəki protein əzələlərin inkişafını təmin edir. Beləliklə, orqanizmin sağlam inkişafını dəstəkləyir və arıqlamağa köməklik göstərir.

Niasin

Tavuk ve hindi tüketmek için 10 sebep

Toyuq və hinduşka ətində çox nadir tapılan, ancaq bədənimiz üçün mühüm olan niasin turşusu da var. Bu maddə orqanizmi xərçəng və digər genetik xəstəliklərdən qoruyan B vitaminin xüsusi növüdür.

Toxumaların inkişafı üçün faydalıdır

Tavuk ve hindi tüketmek için 10 sebep

Toyuq və hinduşka ciyərinin tərkibindəki B2 vitaminləri dəri problemlərini sürətlə sağaldır, üstəlik quru və həssas dərini yaxşılaşdırır. Qış aylarında soyuğun təsiri nəticəsində dəri quruyur, dodaqlar isə çatlayır. Toyuq ciyəri bu problemlərin həlli üçün ən effektli məhsuldur.

Sümük əriməsinin qarşısını alır

Tavuk ve hindi tüketmek için 10 sebep

Məlum məsələdir ki, yaşa dolduqca sümük əriməsi və oynaq iltihabı xəstəlikləri özünü göstərir. Əgər siz bu xəstəliklərin qarşısını almaq, yaşa dolduqca sağlam və gümrah bədənə sahib olmaq istəyirinizsə, o halda toyuq və hinduşka ətinə daha çox üstünlük verin.

Aytən


Tags:  Toyuq hinduşka ətinin 10 faydası FOTOLAR

RƏYLƏR


Top news