Xaçmazda maşın piyadanı vurub qaçdı

Xaçmazda maşın piyadanı vurub qaçdı
21:54 14 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndi ərazisində qeydə alınıb.

 

Yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü  Adayev Bəhruz  Məhəmməd oğlunu maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisəni törədən avtomobilin sürücüsü qəzadan sonra ərazidən uzaqlaşıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR