Dövlət Departamenti: ABŞ İranın Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır

Dövlət Departamenti: ABŞ İranın Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır
22:37 14 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton İran nümayəndə heyətinin sabah Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.
 
"Biz İranın iştirakında maraqlıyıq, lakin əmin deyiləm ki, İran tərəfi görüşdə iştirakını təsdiqləyib", deyə M.Toner bildirib.
 
Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR