Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniyada 11 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Almaniyada 11 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Date: 14 October 2016 22:52

Bakı. 14 oktyabr. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə yerli "TZ" nəşri xəbər yayıb.
Polisdən nəşrə verilən məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 16:00-da qeydə alınıb. Belə ki, 11 avtomobilin toqquşması zamanı 1 nəfər ölüb. 
Qəza zamanı habelə 13 nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Tags:  Almaniyada 11 avtomobil toqquşub ölən xəsarət alanlar var

RƏYLƏR


Top news