Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İxtiraçı hökmdarın “döymə”li varisi (FOTOLAR)

İxtiraçı hökmdarın “döymə”li varisi (FOTOLAR)

Date: 14 October 2016 23:18

Tailand kralı 88 yaşlı Pxumipon Adulyadet dünən dünyasını dəyişdi. Hökmdarın ölüm səbəbi hələlik naməlumdur. Lakin o məlumdur ki, kral son illərdə həyatının çox hissəsini xəstəxanada keçirirdi. Onun səhhətinin pisləşməsi barədə isə hökmdarın qızı Çulabxorn bildirdi.

Adulyadet 1946-cı ildə taxta çıxıb. Onun hakimiyyəti dövründə 20-dən çox baş nazir əvəz olunub, 18 konstitusiya qəbul edilib.

Pxumipon Adulyadet 1927-ci ildə dekabrın 5-də ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində doğulub. Onun atası, şahzadə Maxidol Adulyadet Harvard universitetinin tələbəsi idi.

Daha sonra ailə Tailanda geri qayıdan Adulyadet hələ iki yaşında olarkən atasını itirir. Atasının ölümündən sonra onun anası İsveçrəyə köçür. Həmin dövrdə vəliəhd şahzadə olan Adulyadet təhsilini də bu ölkədə alıb. Gəncliyində musiqi və şəkillərə böyük bir sevgi bəsləməyə başlayıb. Saksafon çalan vəliəhd öz bəstələrini də yaradıb. Bundan başqa rəsm və əbədiyyatla da maraqlanıb.

Tailandda mütləqiyyət rejiminin 1932-ci ildə demokratiya ilə əvəz olunmasından sonra krali ailəsinin rolu də simvolik hala gəlib. Kral olan əmisi Prajadhipok 1935-ci ildə qaçırıldığı üçün krallığın etibarı aşağı düşür. Həmin illərdə taxta Pxumipon Adulyadet qardaşı Ananda keçir. O zaman onun 9 yaşı var idi. 1946-cı ildə Kral Ananda hələ də səbəbi bilinməyən bir hadisədə dünyasını dəyişir. Rəsmi açıqlamalarda kralın bir silahın yanlışlıqla atəş açması nəticəsində həyatını itirdiyi bildirilirdi.

Qardaşının ölümündən sonra Adulyadet Tailandın kralı olub. Parisə bir səfəri zamanı Tailandın Parisdəki səfirliyində həyat yoldaşı Sirikit ilə tanış olur. O, 1950-ci ildə rəsmi olaraq taxta oturandan bir həftə sonra Sirikirt ilə evlənir.

Pxumipon Adulyadet taxta çıxanda 23 yaşı var idi. Onun idarəçiliyinin ilk yeddi ilində Tailandda hərbi diktatura hökm sürürdü və hökmdar nominal şəxs olaraq qalırdı.

Ancaq o, taxtda dünyanın bütün hökmdarlarından daha uzun müddətdə qaldı. Lakin, demək olmaz ki, onda səlahiyyət çox idi. Hərçənd, Pxumipon Adulyadet 2014-də siyasi münaqişəni həll edə bildi.

Çevriliş

Tailandda hesab edirlər ki, hökmdar 1990-cı illərdə ölkənin demokratlaşdırmasında əhəmiyyətli rol oynayıb. Həmçinin ölkədə bildirirlər ki, o, Taksina Çinavat hökumətini devirmiş gücləri dəstəkləyib. Hökmdarın tənqidçilərinin fikrincə, bu hakimiyyətin ötürülməsinin problemsiz olması üçün edilib. 2014-cü ilin mayında hərbi çevrilişdən sonra kral general Prayuta Çan-Oçanı sabitlik üçün Milli Şuranın rəhbəri təyin edib.

Çevrilişdən əvvəl isə nümayişlər keçirildi. Nümayişlər yarım il davam etdi. İnsanlar baş nazir Çinavat hökumətinin istefasını tələb edirdilər. Toqquşmalarda 28 nəfər həlak oldu, yüzlərlə insan yaralandı. Hərbçilərin sözlərinə görə, hökmdarın hökumətin çevrilişi dəstəkləməsi Tailanda sabitliyi qaytardı. Lakin çevriliş dünya cəmiyyəti tərəfindən tənqidlə qarşılandı.

Kralın sərvəti

Pxumipon Adulyadetdünyanın ən varlı hökmdarlarından biri kimi “Forbes” siyahısına daxildir. Onun sərvəti 35 milyard dollar qiymətləndirirlər. Ancaq o, sərvətinin böyük hissəsini ölkədə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən 3000-dən çox layihəyə xərcləyib. Bundan başqa, kralın qiymətli daşlar kolleksiyasını unutmaq lazım deyil. Bu daşlar onun sərvətinin həcminə ciddi təsir edir.

İxtiraçı hökmdar

İnformasiyalara görə, kral quraqlıqla mübarizə və çayların təmizlənməsi üzrə yeni texnologiyalarla bağlı daim araşdırmalar aparırdı. Bundan başqa, onun süni yağış ixtira etdiyi deyilir. Bu metodika müxtəlif hündürlükdə soyuq və ilıq buludların yaranmasına gətirib çıxaran iki təyyarənin eyni zamanda uçuşlarına əsaslanır. Bu fiziki hadisə ilə quraqlıq rayonlarda süni yağışı yaratmaq mümkündür. Həmçinin, müxtəlif mənbələrdə olan informasiyaya görə, o, yeni yanacaq - palma yağı ilə dizel yanacağının qarışığını ixtira edib.

Tailand sakinlərinin çoxu onu ilahiləşdirir və ölkənin birləşməsinin onun səbəbi hesab edirdilər. Onun ad günü milli bayramdır. Onun tac qoyma günü həmçinin dövlət səviyyəsində qeyd edilir.

Varis

63 yaşlı Tailand şahzadəsi Maha Vaçiralonqkorn kralın tək varisidir. Sarayın rəsmi məlumatına əsasən, taxt onun keçəcəyi barədə qərar hələ 28 dekabr 1972-ci ildə imzalanıb.

İyul ayında Tailand şahzadəsinin Almaniyaya səfəri qalmaqala səbəb olub. Taxt-tacın varisi təyyarədən ona yaraşmayan formada düşüb. Münhen şəhərinə həyat yoldaşı ilə birgə səfərə gələn taxt-tacın varisi təyyarədən ona yaraşmayan formada düşüb - əlində ağ pudel, əynində isə ağ mayka və cins şalvar. Şahzadənin bədəninə yazılmış tatuaj da çöldə qalıb.

Şahzadənin kostyumda olan 30 mühafizəçisi ondan daha səliqəli görsənirdi. Maha Vaçiralonqkorn Münhenə həyat yoldaşına Ştarnberq gölü sahilində aldığı villanı göstərməyə gəlib. İqamətgahın qiyməti 10 milyon dəyərində qiymətləndirilir. Maha Vaçiralonqkorn Pxumipon Adulyadetin qardaşıdır.

Ömər Dağlı


Tags:  İxtiraçı hökmdarın döyməli varisi FOTOLAR

RƏYLƏR


Top news