Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda həyəcanlı anlar: 22 yaşlı gənc özünü relslərin üstünə tulladı

Bakı metrosunda həyəcanlı anlar:  22 yaşlı gənc özünü relslərin üstünə tulladı

Bakı metrosunda DƏHŞƏT: qadın özünü qatarın altına atdı (15 Mart 2017 11:58)
Qadın özünü qatarın altına atdı (15 Mart 2017 11:56)
Bakı Metrosunda qadın özünü QATARIN ALTINA ATDI (15 Mart 2017 11:32)

Tarix: 14 Oktyabr 2016 23:48

Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin "Koroğlu" - "Həzi Aslanov" stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.

Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.


Teqlər:  Bakı metrosunda həyəcanlı anlar 22 yaşlı gənc özünü relslərin üstünə tulladı



RƏYLƏR


Top xəbərlər