Çempionlar Liqası parçalanır: yeni liqa yaranır - Şok qərar

Çempionlar Liqası parçalanır: yeni liqa yaranır -   Şok qərar
00:17 15 Oktyabr 2016
138 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın Çempionlar Liqasının formatını dəyişdirməsi bir çox ölkədə etirazlara səbəb olub. Fanat.Az xəbər verir ki, futbol qurumunun İspaniya, Almaniya, İngiltərə və İtaliya klublarına əlavə üstünlük verməsi yeni liqanın yaranmasına səbəb ola bilər.


Belə ki, 2018/19 mövsümündən etirabən bu 4 ölkənin 4 klubu birbaşa Çempionlar Liqasının qrupuna vəsiqə qazanacaq. Bu qərara etiraz edən Belçika, Hollandiya, Şotlandiya, İsveç və Norveç kimi bir sıra ölkə yeni liqa qurmaq üçün fəaliyyətə başlayıb. Qurulacaq yeni turnir UEFA bayrağı altında keçrilməyəcək və bu liqada yarışacaq klublar milli çempionatlarında oynamayacaq, sadəcə bu turnirdə yarışacaq.


Danimarkanın "Kopenhagen" klubu artıq yeni liqanın yaradılması yönündə danışıqların başladığını elan edib. İddialara görə, Danimarka çempionatında çıxış edən bütün klubların iştirakı ilə keçrilən toplantıda UEFA turnirlərindən çıxmaqla bağlı qərar qəbul edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqas-parcalanr-yeni-liqa-yaranr-t53351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR