İmişlidə canavarlar iribuynuzlu heyvanlara hücum çəkib

İmişlidə canavarlar iribuynuzlu heyvanlara hücum çəkib
01:02 15 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 15 oktyabr. REPORT.AZ/ İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsarət yetirib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum edib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində yırtıcılar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.
Bununla bağlı məlumat daxil olan kimi kəndə rayon baytarlıq idarəsinin baytar həkimləri gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlər görülüb və heyvanlar nəzarətdə saxlanılır.
Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-mislide-canavarlar-iribuynuzlu-heyvanlara-hucum-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR