Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İmişlidə canavarlar naxıra hücum etdi

İmişlidə canavarlar naxıra hücum etdi

Canavarlar mal-qaraya hücum etdi - UCARDA (20 Mart 2017 13:57)

Tarix: 15 Oktyabr 2016 02:08

İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsrət yetirib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum çəkib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində canavarlar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.

Məlumat daxil olan kimi rayon baytarlıq idarəsinin baytar həkimləri gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlərgörülüb və nəzarətdə saxlanılır.

Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.


Teqlər:  İmişlidə canavarlar naxıra hücum etdi



RƏYLƏR


Top xəbərlər