Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 3 nəfər həbs edilib

ABŞ-da terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 3 nəfər həbs edilib

Date: 15 October 2016 02:47

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları terror hadisəsi törətməyi planlaşdırmaqda şübhəli bilinən 3 nəfər həbs edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, onlar Kanzasın qərb hissəsindəki Qarden-Sitidə yaşayan Somali əsilli şəxslərə qarşı terror aktı törətməyi planlaşdırıblar.
Yaxın vaxtlarda onlara rəsmi qaydada ittihamlar irəli sürüləcək. 
Həbs edilənlərin adları açıqlanmır. 

Tags:  ABŞ-da terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən nəfər həbs edilib

RƏYLƏR


Top news