Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binanın istilik boruları sıradan çıxıb - KİM CAVABDEHDİR? (VİDEO)

Binanın istilik boruları sıradan çıxıb - KİM CAVABDEHDİR? (VİDEO)

Date: 15 October 2016 03:13

Paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli binanın istilik boruları sıradan çıxıb. Qış aylarında istilik sarıdan böyük əziyyət çəkən sakinlər problemlərini bəribaşdan həll eləmək istəsələr də bu alınmayıb. Səbəb ''Azəristiliktəchizat''ın bina sakinlərinin boruları dəyişdirilməsi ilə bağlı tələbinə yox deməsidir.

Nizami rayonu Naxçıvanski 9 ünvanında yaşayan sakinlər qış aylarında istilik baxımından problem yaşadıqlarını deyirlər. Artıq bir neçə ildir binanın zirzəmisində olan istilik boruları su sızdırır, qışda mənzillərə də istilik gəlmir.

Sakinlər deyirlər ki, zirzəmidəki boruların dəyişdirilməsi ilə bağlı ''Azəristiliktəchizat''a müraciət ediblər. Ancaq qurumdan bildirilib ki, həmin boruların dəyişdirilməsinə ''Azəristiliktəchizat'' cavabdehlik daşımır

''Azəristiliktəchizat'' sakinlər dediyini Xəzər xəbərə də təsdiqlədi. Bildirildi ki, binanın zirzəmisindəki istilik borularının dəyişdirilməsinə cavabdehliyi bina mülkiyyətçilərinin özləri daşıyır. Onların dəyişdirilməsi qrum tərəfindən həyata keçirilməyəcək.

Belə olduqda isə mövsümə təxminən 1 ay qalmış sakinlər indidən işə başlasalar yaxşıdır.


Tags:  Binanın istilik boruları sıradan çıxıb KİM CAVABDEHDİR VİDEO

RƏYLƏR


Top news