Kanadada turist avtobusu qəzaya uğrayıb, 26 nəfər xəsarət alıb

Kanadada turist avtobusu qəzaya uğrayıb, 26 nəfər xəsarət alıb
03:27 15 Oktyabr 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kanadada turistləri daşıyan avtobus qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.
Məlumata görə, qəza Ottava şəhəri yaxınlığında baş verib. Hadisə zamanı avtobusda 50 sərnişin olub. Sərnişinlərdən 26-ı xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Avtobusdakı sərnişinlərin hamısı qocalar olub.
Polisin sözlərinə görə, Dinbiq şəhərinə gedən avtobusun aşma səbəbləri hələlik məlum deyil. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kanadada-turist-avtobusu-qezaya-ugrayib-26-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR