Ötən ayın ən yaxşı futbolçusu məlum oldu

Ötən ayın ən yaxşı futbolçusu məlum oldu
04:18 15 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusunun və baş məşqçisinin adları açıqlanıb.

Ən yaxşı baş məşqçi adına “Liverpul”un çalışdırıcısı Yurgen Klopp layiq görülüb. “Qırmızılar” sentyabrda onun rəhbərliyi ilə keçirdiyi hər üç qarşılaşmada qələbə (“Lester” – 4:1, “Çelsi” – 2:1, “Hall Siti” – 5:1) qazanıb.

Ötən ayın ən yaxşı futbolçusu isə “Tottenhem”in hücumçusu Hyun-Min Son seçilib. London klubu ay ərzində keçirdiyi hər 3 görüşdə qələbə qazanıb ki, futbolçu qarşılaşmalarda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilən ilk asiyalı futbolçu olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR