Sinayda İŞİD-çilərin hücumu nəticəsində 12 hərbçi öldü

Sinayda İŞİD-çilərin hücumu nəticəsində 12 hərbçi öldü
04:29 15 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 12 hərbçi ölüb, 6-sı yaralanıb.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən blok-posta hücum ediblər.

 

Məlumata görə, döyüş zamanı 15 terrorçu məhv edilib. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Qeyd edək ki, oktyabrın 1-də Sinay yarımadasının Əl-Əriş şəhərində dövlət enerji şirkətinə məxsus avtomobil minaya düşərək partlayıb. Nəticədə 3 nəfər hadisə yerində, daha 1-i xəstəxanada ölüb. Partlayışın İŞİD terror qruplaşmasının tərəfindən törədildiyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR