Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qonşuların mübahisəsi qanla bitdi - Bakıda

Qonşuların mübahisəsi qanla bitdi - Bakıda

İsmayıllıda taksi sürücülərinin mübahisəsi qanla bitdi - FOTOLAR (11 Mart 2017 10:03)

Tarix: 15 Oktyabr 2016 04:44

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Ağadadaş Qurbanov küçəsi 53 ünvanında qonşular arasında mübahisə düşüb. Mübahisə zamanı sözügedən ünvanda yaşayan 1998-ci təvəllüdlü Mehmanov Mehman Telman oğlu istintaqa hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 

Yaralı dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, əməliyyat olunub.

 

Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.


Teqlər:  Qonşuların mübahisəsi qanla bitdi Bakıda



RƏYLƏR


Top xəbərlər